Peskov: Fikir ayrılıqları Bakı ilə soyuqluğun aradan qaldırılmasına mane olmayacaq

post-img

Kreml ümid edir ki, Rusiya və Azərbaycan arasında Ukrayna ilə bağlı mövqelərin fərqli olması ikitərəfli münasibətlərdə qısamüddətli soyuqluğun aradan qaldırılmasına mane olmayacaq.

“Biz Azərbaycan rəhbərliyinin Ukrayna ilə bağlı mövqeyindən xəbərdarıq. Burada bizim müxtəlif fikirlərimiz var. Əvvəldən Prezident İlham Əliyev bu mövqedən çıxış edib, lap əvvəldən biz bununla razılaşmamışıq. Eyni zamanda, bu fikir ayrılıqları heç də maneə olmayıb və ümid edirik ki, bizim üçün əngəl olmayacaq”, - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, Əliyevin Ukraynanı dəstəkləyən bəyanatlarına münasibət bildirmək istəyinə belə cavab verib.

P.ƏMİRCANOV
XQ

Dünya