Rusiya və ABŞ yaxın günlərdə iki ölkə prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş barədə razılığa gəliblər. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, sammit üzərində iş indi başlayıb. Dövlət başçılarının görüşünün yeri də razılaşdırılıb. Bu, bir az sonra elan olunacaq.
Məlumatı TASS verib.
“Amerika tərəfinin təklifi ilə yaxın günlərdə ən yüksək səviyyədə ikitərəfli görüşün, yəni prezident Vladimir Putinlə Donald Tramp arasında görüşün keçirilməsinə dair prinsipial razılıq əldə olunub”, - diplomat bildirib.
“İndi biz amerikalı həmkarlarımızla birlikdə konkret işə başlayırıq”, - deyə Uşakov əlavə edib.
P.ƏMİRCANOV
XQ