Valtonen: Hörmüz boğazına müdaxilə NATO-nun məsuliyyətinə aid deyil

post-img

Avropa NATO üzrə müttəfiqi Trampın Hörmüz boğazını mümkün İran müdaxiləsindən qorumaq tələbini rədd edib. Finlandiya xarici işlər naziri Elina Valtonen deyib ki, bu cür yardım NATO-nun məsuliyyətinə aid deyil, lakin Avropa regiona missiya göndərmək qərarına gələrsə, bunun üçün “çox güclü” imkanlara malikdir.

Məlumatı “Euronews” verib. 

Finlandiya XİN başçısı bildirib ki, NATO Hörmüz boğazının yenidən açılmasında kömək tələblərinə əməl etməyə borclu deyil və alyansın əsas səbəbinin Avropa və Şimali Atlantikanın müdafiəsi olduğunu vurğulayıb. 

O deyib: NATO “müdafiə" təşkilatıdır və öz iradəsi ilə müharibəyə cəlb olunmayacaq”.

“Euronews”un “Europe Today” proqramına verdiyi müsahibədə Valtonen əlavə edib ki, Finlandiya öz təhlükəsizlik ehtiyaclarına diqqət yetirir və “Rusiya ilə uzun sərhədini” qoruyur .

P.ƏMİRCANOV
XQ

Dünya