Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
ABŞ-ın hərbi naziri Pit Heqset Konqresdə qanunvericilərin Yaxın Şərqdəki müharibənin dəyəri, Donald Trampın son məqsədi və silah ehtiyatlarının azalması ilə bağlı suallarını cavablandırıb.
Xəbəri “Euronews” verib.
Pentaqon Yaxın Şərqdəki xərclərin 29 milyard dollara çatdığını təxmin edir ki, bu da iki həftə əvvəl bildirildiyindən təxminən 4 milyard dollar çoxdur.
Yenilənmiş qiymətləndirmə ABŞ qanunvericiləri arasında döyüş xərcləri və müharibənin azalan ABŞ silah ehtiyatına təsiri ilə bağlı artan narahatlıq fonunda baş verib.
Bu məbləğin əhəmiyyətli bir hissəsi sursatların dəyişdirilməsinə və avadanlıqların təmirinə xərclənib. Pentaqon nəzarətçisi Cey Herstin sözlərinə görə, qiymətləndirməyə döyüşlər nəticəsində zərər çəkmiş bölgədəki Amerika hərbi obyektlərinin təmiri və ya bərpası xərcləri daxil deyil.
P.ƏMİRCANOV
XQ

