Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
BƏƏ-nin dövlət xəbər agentliyi WAM-ın verdiyi məlumata görə, BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ABŞ Prezidenti Donald Trampla telefon danışığı zamanı strateji əməkdaşlıq və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
Məlumatı “Kommersant” verib.
Prezidentlər həmçinin regiondakı son hadisələr, eləcə də sabitlik və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylər barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ABŞ-İsrail əməliyyatı zamanı Fars körfəzindəki Amerika hərbi bazalarına dəfələrlə zərbələr endirilib. BƏƏ hakimiyyəti dəfələrlə dron və raketlərin ələ keçirilməsi barədə məlumat verib. Aprel ayında “The Wall Street Journal” qəzeti Birləşmiş Ərəb Əmirliklərinin İranla müharibənin yaratdığı böhranın daha da pisləşəcəyi təqdirdə ABŞ-dan maliyyə dəstəyi istədiyini bildirib. Əbu-Dabi, Vaşinqtonun vəsait ayırmaqdan imtina edəcəyi təqdirdə, neft ödənişləri üçün dollardan istifadəni dayandıracağı ilə hədələyib.
P.ƏMİRCANOV
XQ

