Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti
Qətər Tehranı Hörmüz boğazından Körfəz dövlətlərinə qarşı “silah” kimi istifadə etməmək barədə xəbərdar edib. Doha və Ankara müharibəyə son qoymaq və həyati əhəmiyyətli su yoluna çıxışı bərpa etmək məqsədi daşıyan vasitəçilik səylərini dəstəkləyiblər.
Məlumatı “Euronews” verib.
Qətərin Baş naziri və Xarici İşlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani çərşənbə axşamı İranı qonşularını qorxutmaq üçün Hörmüz boğazından istifadə etməmək barədə xəbərdar edib.
Dohada Türkiyənin xarici işlər naziri Hakan Fidanla birlikdə çıxış edən Əl-Tani bildirib ki, “İran boğazdan Körfəz ölkələrinə təzyiq göstərmək və ya şantaj üçün silah kimi istifadə etməməlidir. Bu, həmişə qorunmalı və mühafizə edilməli olan beynəlxalq su yoludur. Boğazın hazırkı vəziyyəti və orada baş verənlər heç vaxt təkrarlanmamalıdır”.
Fidan Əl-Taninin dünya neft və qaz ehtiyatlarının böyük bir hissəsinin keçdiyi həyati əhəmiyyətli boğazla bağlı deyib: “Hörmüz boğazından silah kimi istifadənin qarşısının alınması təkcə regional təhlükəsizlik və sabitlik üçün deyil, həm də qlobal iqtisadiyyat üçün son dərəcə vacibdir”.
P.ƏMİRCANOV
XQ

