Basketbol məşqçiləri üçün seminar

post-img

Azərbaycan Basketbol Federasiyası (ABF) tərəfindən təşkil olunan proqram çərçivəsində ilk gün məşqçilər üçün nəzəri və praktiki seminar keçirilib.

Azərbaycan Basketbol Federasiyasından verilən məlumata görə, ikinci gün C kateqoriyası üzrə imtahan təşkil olunub.

İki günlük proqram iştirakçılar üçün həm biliklərini artırmaq, həm də peşəkar inkişaf istiqamətində növbəti addımı atmaq imkanı yaradıb.

Federasiya bundan sonra da basketbolun inkişafına yönəlmiş bu cür təşəbbüsləri davam etdirəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman