Prezident Ərdoğan paradda iştirak edən gəmiləri salamlayıb

post-img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım Əminə Ərdoğan TEKNOFEST Mavi Vətən Festivalı çərçivəsində İstanbul boğazından keçən Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus gəmiləri Dolmabağça iqamətgahından salamlayıblar. Gəmilərin heyətləri dövlət başçısının şərəfinə 21 güllədən salam atəşi açıblar. Məlumatı “Anadolu” verib. 

Böyük dəniz paradında TCG Anadolu, TCG Savarona, sualtı qayıqları TCG Oruçreis, TCG İstanbul, TCG Heybeliada, TCG Kalkan, TCG Alanya, TCG Sancaktar və TCG Hızırreis iştirak edib. Gəmilər Yavuz Sultan Səlim körpüsündən Dolmabaxçaya keçib.

“Tarixə qızıl hərflərlə yazılacaq Zəfər Həftəsində qüdrətli və əzəmətli donanmamızdan Mavi Vətənə üzüş”! Dövlət başçısı Türkiyənin “NSosyal” sosial şəbəkəsindəki hesabında yazıb. Nəşrdə prezident və xanımı Əminə Ərdoğanın gəmiləri salamlayan fotosu da yer alıb.

Parad şəhər sakinlərinin və qonaqların marağına səbəb olub.

P.ƏMİRCANOV
XQ

Dünya