Zelenski Putinlə görüşməyə hazırdır.
Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya Prezidenti Vladimir Putinlə potensial görüşün nə Ukraynada, nə də Rusiyada baş tuta bilməyəcəyini bildirib.
Məlumatı “Kaliber.az” yayıb.
O, bu barədə İtaliyanın RAI radiostansiyasına verdiyi müsahibədə danışıb.
“Mən Putinlə görüşməyə hazıram. Əlbəttə ki, Moskvada və ya Kiyevdə yox. Amma görüşə biləcəyimiz bir çox yer var - Yaxın Şərqdə, Avropada, ABŞ-da”, - deyə Zelenski vurğulayıb.
O, həmçinin qeyd edib ki, ABŞ-ın iştirakı ilə danışıqlar prosesi davam edir, lakin amerikalı diplomatlar Yaxın Şərqdəki hadisələrə diqqət yetirirlər.
P.ƏMİRCANOV
XQ

