Pakistanda ABŞ-İran danışıqlarına hazırlıq görülür

post-img

Pakistan hakimiyyəti ABŞ-İran danışıqları zamanı təhlükəsizliyi təmin etmək üçün İslamabad və Ravalpindi şəhərlərində əlavə qeyri-iş günləri elan etmək qərarına gəlib. 

Bu barədə “Dawn” qəzetinə istinadən “İnterfaks.ru” məlumat yayıb.

Hesabatda qeyd olunur ki, 9 və 10 aprel tarixləri həyati əhəmiyyətli sahələrlə əlaqəli xidmət və müəssisələr istisna olmaqla, hər kəs üçün tətil elan edilib. 

Məlumata görə, hakimiyyət orqanları həftəsonu küçələrdə polis əməkdaşlarının sayını əhəmiyyətli dərəcədə artırıb və nümayəndə heyətlərinin qalacağı gözlənilən otelin ərazisində gücləndirilmiş təhlükəsizlik tədbirlərinin tətbiq olunduğu “qırmızı zona” yaradıb. Mənbələr danışıqlar zamanı İslamabada bəzi girişlərin bağlanacağını bildiriblər.

İranın Pakistandakı səfiri Rza Əmiri Moqadam daha əvvəl İran nümayəndə heyətinin cümə axşamı İslamabada gələcəyini bildirmişdi. ABŞ-İran danışıqların ilk mərhələsinin aprelin 10-da Pakistanın paytaxtında keçirilməsi gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya