Avropa İttifaqı Rusiya ilə dialoqa gedəcək, amma sonra...

post-img

Belçikanın rəsmi xəbər agentliyi “Belga”nın verdiyi məlumata görə, Avropa Şurasının prezidenti António Coşta bildirib ki, Avropa İttifaqı gələcəkdə Rusiya ilə dialoqa ehtiyac duyacaq.

Onun sözlərinə görə, müzakirələr Avropa təhlükəsizliyi və Ukraynadakı münaqişənin həlli məsələlərini əhatə edir.

“İnanıram ki, gələcəkdə Rusiya ilə danışmalıyıq. Enerji barədə deyil, Avropa təhlükəsizliyi və Ukraynada sülh barədə”, - deyə siyasətçi qeyd edib.

Avropa Şurasının rəhbəri danışıqlara ehtiyacın hələ sonralar yarana biləcəyini bildirib. Onun sözlərinə görə, bunun üçün hələlik uyğun an gəlməyib.

P.ƏMİRCANOV
XQ

 

Dünya