Dağlıq ərazilərə dolu düşəcək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən iyulun 4-də Bakıda və Abşeron yarımadasında yağ­mursuz keçəcək.

Şimal küləyi əsəcək. Gecə 19-24°, gündüz 30-35° isti olacaq. Atmosfer təz­yiqi 760 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gün­düz 35-45 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərin­də: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 24-25° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağ­lıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsə­cək. Havanın temperaturu gecə 17-22°, gündüz 31-36°, dağlarda gecə 10-15°, gündüz 17-22° isti olacaq.

Q.QASIMOV, “Xalq qəzeti”

Ekologiya