Audio və media xidmətlərində yenilik

post-img

“YouTube” platformasında paylaşılan kliplərin “Spotify” adlı audio və media xidmətləri proqramında yayımlanması planlaşdırılır. Sürətlə inkişaf edən rəqəmsal əyləncə dünyasında bu mövzu barədə strateji addımlar atılacaq. 

Mənbələrdən alınan məlumata görə, bu mövzuda digər musiqi platfor­maları və nəşriyyat şirkətləri arasında danışıqlara başlanılıb. Razılıq olar­sa, “YouTube” da olduğu kimi, musiqi kliplərinin tam versiyasını “Spotify”da da izləmək mümkün olacaq. Hazırda “Spotify” müğənnilərin musiqilərinə 10 saniyədən az video yükləməyə icazə verir. 

“Spotify” - 23 aprel 2006-ci ildə Da­niel Ek və Martin Lorentzon tərəfindən yaradılıb. İsveç audio axını və media xidmətləri təminatçısı olan bu proqram səsyazma və media şirkətlərindən 82 milyondan çox mahnı daxil olmaqla, dinləyicilərə müəllif hüquqları ilə məh­dudlaşdırılmış rəqəmsal musiqi və podkastlar da təklif edir.

F. SALMANOVA, “Xalq qəzeti”

Son xəbərlər