Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Koreya prezidenti Li Çje Men ilə telefon danışığı aparıb. Regional və qlobal gündəlikdəki aktual məsələlər müzakirə edilib. Məlumatı “Anadolu” verib.
Məlumata görə, söhbət zamanı dövlət başçıları Türkiyə-Koreya ikitərəfli münasibətlərinin inkişafına da toxunublar.
Prezident Ərdoğan Li Çje Meni Koreya Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib və iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini bildirib.
Türkiyə prezidenti Ankara ilə Seul arasında nüvə enerjisi, süni intellekt, yaşıl iqtisadiyyat və müdafiə sənayesi kimi sahələrdə əməkdaşlıq potensialını vurğulayıb.
Bundan əlavə, Türkiyə lideri həmkarını Türkiyəyə səfərə dəvət edib.
P.ƏMİRCANOV
XQ