“Əcəmi Seyrəngahı” İstirahət Kompleksində Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasına təqdim olunan yeni kitabların təqdimat mərasimi keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının əməkdaşı Musa Məmmədov bildirib ki yeni kitabları Bakıda fəaliyyət göstərən, uşaq ədəbiyyatına xüsusi maraq göstərən və maarifləndirici təşəbbüsləri dəstəkləyən bir kitabsevər hədiyyə edilib. Bu nəcib təşəbbüs uşaqların oxu vərdişlərinin formalaşması, dünyagörüşlərinin genişlənməsi və kitablarla erkən yaşdan dostluq etməsi baxımından yüksək qiymətləndirilir. Belə təşəbbüslər ouşaqların mütaliəyə marağını artırır, tərbiyə və təhsilinə müsbət təsir göstərir.
Kitabxananın direktoru Ruzi Süleymanov təqdim olunan yeni nəşrlərin müxtəlif yaş qruplarına uyğun olmaqla yanaşı, maraqlı və öyrədici mövzuları əhatə etdiyini söyləyib. Bu kitablar uşaqların təxəyyülünü, biliklərini və mütaliə vərdişlərini inkişaf etdirmək baxımından faydalıdır.
H.SƏBUHİ
XQ