Hakimlərimiz beynəlxalq proqramlarda

post-img

Azərbaycanın kamandan oxatma hakimləri beynəlxalq sertifikatlaşdırma proqramlarına cəlb olunacaqlar. Bu məsələ dünən Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) prezidenti Anar Quliyevlə Dünya Kamandan Oxatma Federasiyasının rəhbəri Uğur Erdener arasında keçirilən görüş zamanı razılaşdırılıb.

Görüşdə, həmçinin, Azərbaycan idmançılarının beynəlxalq turnirlərdə iştirak imkanlarının artırılması və məşqçilərin qabaqcıl təcrübələrə yiyələnməsi üçün ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

M.HACIXANLI
XQ

İdman