“Google”da Kanada xəbərləri yayımlanmayacaq

post-img

Dünyanın ən böyük axtarış sistemlərindən biri olan “Google” öz platformasında Kanada media orqanlarının xəbər bağlantılarını dərc etməmək qərarına gəlib. Buna səbəb Kanada hökumətinin C-18 saylı qanunu (şirkətlərin platformalarında paylaşdıqları xəbərlərə görə media orqanlarına pul ödəmək) qəbul etməsi olub. Xəbəri “cnn.com” saytı verib.

“Google”un qlobal məsələlər üzrə rəhbəri Kent Volker qanunun qüvvəyə minməsindən sonra Kanadada xəbər məzmunu axtarışı, araşdırma və kəşf­lə bağlı xəbərləri siləcəyini açıqlayıb. “Platforma, sadəcə olaraq, kanadalıla­rın media xəbərlərinə çıxışını asanlaş­dırır. Bu vergi isə məhsullarımız üçün qeyri-müəyyənlik yaradır. Həmçinin şirkətimizi maliyyə məsuliyyətinə cəlb edir”– deyə Volker bildirib.

Qeyd edək ki, Kanada Federal Par­lamentində qəbul edilən qanun 22 iyun 2023-cü ildə Kanada Senatında da təsdiqlənib.

Əfsanə ƏHƏDLİ, “Xalq qəzeti”

Dünya