İraqın Əl-Kut şəhərində hipermarketdə baş verən yanğın çoxlu insan tələfatına səbəb olub. Məlumatı “Kaliber.az” verib.
Əyalət qubernatoru Məhəmməd Cəmil əl-Miyahinin sözlərinə görə, faciə çərşənbə günü axşam saatlarında baş verib. Ticarət mərkəzinin binasını əhatə edən yanğın ziyarətçilər və işçilər arasında çoxsaylı tələfatlara səbəb olub: “Böyük ticarət mərkəzində baş vermiş faciəvi yanğın nəticəsində ölən və yaralananların sayı 50 nəfərə çatıb”.
Hadisənin təfərrüatları hələlik dəqiqləşdirilməyib. Yerli xilasetmə xidmətləri axtarış-xilasetmə işləri aparır və yanğının səbəblərini araşdırır.
P.ƏMİRCANOV
XQ