Vaşinqton Suriyanın druz icması ətrafında münaqişənin həlli üçün razılıq əldə etdiyini açıqlayıb. Bildirilir ki, o, druzların müdafiəsinə qoşulan İsraili geri çəkilməyə çağırıb. Məlumatı “Euronews” verib.
Suriyada döyüşlərdə iştirak edən tərəflər gərginliyin azaldılması istiqamətində “konkret addımlar” barədə razılığa gəliblər. Bunu ABŞ dövlət katibi Marko Rubio bildirib. O, bunun çox yaxın gələcəkdə baş verəcəyinə ümid etdiyini bildirib. Rubio hansı tədbirlərdən danışdığını dəqiqləşdirməyib.
Bu arada “Axios” xəbər agentliyi öz mənbələrinə istinadən xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi İsrailin baş naziri Netanyahunun ofisi ilə vəziyyəti müzakirə edərək, “israilliləri geri çəkilməyə” çağırıb.
Söhbət Suriyanın Əs-Suveyda əyalətində bədəvilər, onları dəstəkləyən hökumət qüvvələri və druzlar arasında qarşıdurma fonunda son günlər Dəməşq bölgəsinə və Suriyanın cənubunda həyata keçirilmiş zərbələrdən gedir.
P.ƏMİRCANOV
XQ