Universiada: Azərbaycan tennisçisi 1/16 finala yüksəlib

post-img

Azərbaycan tennisçisi Elvin Həşimov Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasına uğurla start verib.

AZƏRTAC xəbər verir ki, gənc idmançı 1/32 finalda zambiyalı Nakalanqa Hamayanqve ilə qarşılaşıb. Görüş Azərbaycan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Universiadaya iyulun 27-də yekun vurulacaq.



İdman