Azərbaycan basketbol millisi seçmə mərhələdə növbəti qələbəsini qazanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.

XQ xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib. Oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.

Qeyd edək ki, bu, Azərbaycan yığmasının qrupda ikinci qələbəsi olub. Komanda qrupda sonuncu oyununu iyulun 5-də saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.

İdman