Fil Dişi Sahilindən “Qəbələ” klubuna

post-img

“Qəbələ”nin yeni transferi, Fil Dişi Sahilindən olan futbolçu Adriel Ba Loua Azərbaycanı çox bəyənib: “Azərbaycanın çox yaxşı insanları var. Komandamızda da hələlik hər şey qaydasındadır. Əvvəllər Azərbaycan haqqında məlumatım yox idi. “Qəbələ”dən dəvət gəldikdən sonra araşdırdım, hər şeyi götür-qoy etdim və sonda qərarımı verdim. Burada olmaq çox xoşdur. Azərbaycan və Qəbələ gözəldir”.

Qeyd edək ki, klub Adriel Ba Loua ilə 1 illik müqavilə imzalayıb.

M.HACIXANLI
XQ

İdman