Dünən günortadan başlayaraq Gədəbəy rayonunun mərkəzinə və dağ kəndlərinə qar yağıb. Bütün gün ərzində qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edib.
Yeri gəlmişkən, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21° isti, gündüz 22-27° isti olacaq.
Q.QASIMOV
XQ

