Bakı Ali Neft Məktəbinin 7 tələbəsi Almaniya hökumətinin təqaüdünü qazanıb

post-img

SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) 6 tələbəsi və 1 məzunu Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təqaüd proqramının qalibi olub. Onlardan 4-ü kimya mühəndisliyi, 3-ü proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alıb.

Bu barədə  BANM-dən məlumat verilib.

Ümumilikdə DAAD təqaüdünü qazanan 18 nəfərdən 7-si BANM tələbəsi olub.

Onlar mühəndislik üzrə müxtəlif ixtisasların magistratura proqramlarına qəbul olublar.

DAAD təqaüdü ilə təhsil alacaq tələbələrin siyahısı:

1.Fidan Mahmudova - proseslərin avtomatlaşdırılması mühəndisliyi

2. Sona Mehdizadə - proseslərin avtomatlaşdırılması mühəndisliyi

3. İlqar Məmmədov - proseslərin avtomatlaşdırılması mühəndisliyi

4. Ayşən Zülfiyeva - kimya mühəndisliyi

5. Afaq Həşimova - kimya mühəndisliyi

6. Tural Abdulov - kimya mühəndisliyi

7. Anar Bədəlbəyli – kimya mühəndisliyi

Elm