Ukraynanın 120 milyard dollara ehtiyacı var

post-img

Ukrayna müdafiə ehtiyaclarını maliyyələşdirmək üçün 2025-ci ildə Aİ və NATO-dan təxminən 60 milyard dollar alacağını gözləyir. Bu barədə ölkənin yeni müdafiə naziri Denis Şmıqal özünün Telegram kanalında bildirib.

Məlumatı “Anadolu” verib. 

Nazir qeyd edib ki, gələn ilin müdafiə büdcəsinə ümumi ehtiyac 120 milyard dollardan az olmayacaq: “Biz müttəfiqlərin dəstəyi ilə bu məbləğin yarısını cəlb etmək üçün digər ölkələrlə işləyirik”.

Onun sözlərinə görə, Qərb tərəfdaşları ilə danışıqlar artıq substantiv mərhələdədir.

P.ƏMİRCANOV
XQ

Dünya