M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı yuxarı sinif şagirdlərini “Açıq qapı” gününə dəvət edir.
Tədbirin proqramı:
-2026/2027-ci tədris ili üçün Filialda qəbul şərtləri və qaydaları ilə tanışlıq;
-Moskva şəhərindən gəlmiş professor-müəllim heyəti və fakültə nümayəndələri ilə görüş keçiriləcək. Abituriyentlər bu görüşdə filialın 6 fakültəsi – filologiya, tətbiqi riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika – üzrə bakalavr və magistratura təhsili haqqında hərtərəfli məlumat əldə edə biləcəklər;
-Hər bir abituriyentə qəbul imtahanlarına hazırlıq üçün materialların təqdim edilməsi;
-Filialın kampusunda ekskursiya.
Tarix: 25 aprel 2026-cı il
Saat: 14:00
Tədbirin müddəti: 3 saat
Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Xocəcan qəsəbəsi, Universitet küçəsi, 1 (filialın kampusu).
Tədbirdə iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunur. Qeydiyyat 21 aprel saat 15:00-da yekunlaşacaq.
Tədbir iştirakçıları üçün nəqliyyat təşkil olunacaq:
-Avtobuslar saat 13:00-da “Elmlər Akademiyası” metro stansiyası yaxınlığında yerləşən filial korpusundan (Hüseyn Cavid prospekti, 133) hərəkət edəcək;
-Tədbir başa çatdıqdan sonra avtobuslar iştirakçıları filial korpusuna geri çatdıracaq (metro “Elmlər Akademiyası”).

