Nəsimi rayonundakı iki mağazada oğurluq hadisəsi qeydə alınıb. Obyektlərdən ümumi dəyəri 435 manat olan qızıl-zinət əşyası və kosmetik vasitələr oğurlanıb.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməlləri törətməkdə şübhəli bilinən 58 yaşlı R.Ağayev və 33 yaşlı N.Səlimova saxlanılıblar.
Bundan başqa, rayon ərazisində bir evdən 600 manat dəyərində qızıl-zinət əşyası oğurlamaqda, eləcə də bir nəfərin bank kartından 2040 manatı talamaqda şübhəli bilinən 29 yaşlı V.Əliyev və 53 yaşlı R.Hüseynov saxlanılıblar.
Abşeron rayonu ərazisində isə kafelərin birində naməlum şəxs 47 yaşlı rayon sakininə fiziki zor tətbiq edərək soyğunçuluq yolu ilə mobil telefonunu talayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 25 yaşlı E.Rüstəmov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ