Ticarət mərkəzindən oğurluq edən saxlanılıb

post-img

Paytaxtın Nəsimi rayonu ərazisində yerləşən ticarət mərkələrinin birindən 1300 manat dəyərində qol saatı oğurlanıb. Məlumatı DİN mətbuat xidməti verib. 

Nəsimi RPİ 22-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər də oğurluğa görə məhkum olunmuş 47 yaşlı A.Qarayev müəyyən edilərək saxlanılıb.

Abşeron rayonu Xırdalan şəhəri ərazisində isə naməlum şəxs zərərçəkənin mobil telefonunu zor tətbiq edərək talayıb. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı Xaçmaz rayon sakini F.Müseyibov saxlanılıb. 

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Hadisə