Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Bayan kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 4,5 ton olan 3200 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 28-də və 29-da ümumi çəkisi 44,4 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 20 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 10,5 tondan artıq çəkidə 26023 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
P.ƏMİRCANOV
XQ