Yasamalda evdən 10 min pul oğurlanıb

post-img

Yasamal rayonunda naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.

Xəbəri DİN mətbuat xidməti verib.  

Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə