Salyan rayonunda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
XQ xəbər verir ki, hadisə axşam saatlarında Salyan-Neftçala avtomobil yolunun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Hadisə zamanı VAZ-21015 və VAZ-2106 markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alanlar - Mürsəl Əsgərov, Xatirə Əsgərova, Təbriz Əliyev, Niyaməddin Nuriyev, Abdulla Babayev, Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

