Rusiyanın Anapa şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Nikolay Pavlyukovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir başa çatıb.
Yarışda Azərbaycan millisi 6 medal qazanıb. Yığmanın heyətində Zeynəb Rəhimova (54 kq) finalda rusiyalı Ulyana Savronu məğlub edərək qızıl medala sahib olub.
Tural Sarıyev (48 kq), Nicat Hüseynov (54 kq), İlqar Salahov (67 kq), Rəşid Həsənov (71 kq) və Mehparə Məmmədova (48 kq) isə 3-cü yeri tutublar.
Leyla SABİRQIZI
XQ

