Azərbaycan təmsilçisi Aydın Əlibəyov Rusiyanın paytaxtı Moskva şəhərində atçılığın dresaj növü üzrə cavan və böyük əsas atlar (“Qızıl Tur”) arasında keçirilən “Maksima Masters” çempionatında daha 3 medala sahib olub.
İdmançımız böyük əsas atlar arasında təşkil olunan yarışda bu nailiyyəti qazanıb.
Qeyd edək ki, yarışda 3 atla iştirak edən A.Əlibəyov bundan əvvəl iki qızıl medal əldə edib.
Çempionat aprelin 7-dək davam edəcək.
L.SABİRQIZI XQ

