Türkiyə Nazirlər Kabineti Prezident Ərdoğanın sədrliyi ilə Yaxın Şərq məsələsini müzakirə etmək üçün toplanacaq.
XQ xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, bölgədə artan münaqişə, müharibənin qlobal iqtisadiyyata təsiri və Qəzzadakı son vəziyyət müzakirə olunacaq. Nazirlər Kabinetinin iclasında terrorizmdən azad bir Türkiyənin qurulması prosesində əldə edilən irəliləyişlər də müzakirə olunacaq.
Həmçinin, qlobal iqtisadi gərginliyin Türkiyəyə təsirini minimuma endirmək üçün əlavə tədbirlər də müzakirə ediləcək.

