“Goal” nəşri XXI əsrin ən yaxşı futbol məşqçilərinin adlarını açıqlayıb.
“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola birinci pillədə qərarlaşıb. İspaniya təmsilçisi “Real”da işləyən Karlo Ançelotti 2-ci, İngiltərənin “Mançester Yunayted” komandasının sabiq baş məşqçisi Aleks Ferqyuson 3-cü sırada yer alıblar.
Sonrakı pillələrdə Joze Mourinyo, Yurgen Klopp, Zinəddin Zidan, Dieqo Simeone, Visente Del Boske, Luis Enrike, Antonio Konte, Arsen Venger, Unay Emeri, Roberto Mançini, Lionel Skaloni və Didye Deşam qərarlaşıblar.
L.QURBANOVA
XQ