Avropa çempionatında bürünc medal

post-img

Azərbaycan millisi Xorvatiyanın Osiyek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa çempionatında 3-cü yeri tutub.

Pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma üzrə kişilərin komanda yarışında Ruslan Lunyov, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma iştirak edib. Yığmamız bürünc
medal uğrunda Almaniya kollektivini məğlub edib.

L.AZAD
XQ

İdman