Bakıda Dünya Futvolley Federasiyasının ilk dəfə keçirilən Baş Assambleyası işə başlayıb.
Tədbirdə Beynəlxalq Futvolley Federasiyasının, Azərbaycan Futnet Federasiyasının prezidenti Vüsal Xəlilov, hər iki qurumun baş katibi Əfqan Həmzəyev, Pakistan, Hindistan, İran, Moldova, Türkiyə, Rusiya, Qırğızıstan, Qazaxıstan və Birləşmiş Ərəb Əmirliklərindən olan nümayəndələr iştirak ediblər.
Tədbirdə qurumun il ərzində gördüyü işlər, maliyyə hesabatı, yeni təqvim ilindəki hədəflər barədə məlumat verilib, oktyabr ayında Dubayda keçiriləcək Dünya Korporativ Oyunlarının təşkili haqqında müzakirələr aparılıb.
Assambleyanın hər 5 ildən bir keçirilməsi nəzərdə tutulur.
Leyla AZAD
XQ