Parapauerliftinqçimiz 2 qızıl medal qazanıb

post-img

Azərbaycanın parapauerliftinqçisi Rəsul Zəkiyev Tbilisidə keçirilən Dünya kubokunda iki qızıl medal qazanıb.

Gənclər arasında yarışan 19 yaşlı idmançımız 88 kq çəkidə mübarizəyə qoşulub. O, həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medallar əldə edib.

L.AZAD
XQ

İdman