Azərbaycan velosipedçisi Məryəm Hüseynova Astanada keçirilən Qazaxıstanın açıq çempionatında bürünc medal qazanıb.
Trek velosipedi üzrə yığmamızın üzvü 2009–2010-cu il təvəllüdlü 38 idmançının omnuim yarışında 200 metr məsafəyə sprint üzrə mübarizəsində 3-cü yeri tutub.
Eyni yaş kateqoriyasında çıxış edən digər təmsilçimiz Çingiz İsayev isə 40 iştirakçı arasında 4-cü nəticəni göstərib.
L.QURBANOVA
XQ