Neymar “Fənərbağça”ya gedəcəkmi?

post-img

Braziliya millisinin və “Santos” klubunun futbolçusu Neymar karyerasını Türkiyədə davam etdirə bilər.

Bildirilib ki, “İstanbul nəhəngi” 33 yaşlı Neymara 1+1 illik müqavilə təklif edib. Oyunçunun hazırkı komandası ilə sözləşməsində istənilən Avropa klubuna pulsuz keçmək imkanı verən xüsusi bənd var.

Qeyd edək ki, Neymar bu mövsüm “Santos”un heyətində 14 oyunda 3 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

M.HACIXANLI
XQ

İdman