Türkiyənin “Fənərbağça” klubundan ayrılan məşhur futbolçu Duşan Tadiç karyerasını Azərbaycanda davam etdirə bilər. Bu barədə qardaş ölkənin “haberler.com” saytı Niderland mətbuatına istinadən məlumat yayıb.
“Qarabağ”ın 36 yaşlı serbiyalı yarımmüdafiəçi ilə maraqlandığı bildirilib. Ölkə çempionu rəsmilərinin Tadiçin agenti ilə əlaqə saxladığı da xəbərdə yer alıb.
Qeyd edək ki, Tuşan Tadiç ötən mövsüm İstanbul təmsilçisində 53 oyunda 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.
M.HACIXANLI
XQ