Cüdoçu qızlarımız İspaniya toplanışında

post-img

Gənc qızlardan ibarət cüdo üzrə Azərbaycan millisi İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Hazırlıq prosesinə yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.

Qeyd edək ki, qitə birinciliyi sentyabrın 4-dən 7-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman