Kişi karateçilərimiz Türkiyədə yarışacaqlar

post-img

III MDB Oyunlarına hazırlıq məqsədilə idman karatesi (WKF) üzrə Azərbaycan milli komandası Türkiyəyə yola düşüb.

Yığmamız avqustun 21-dən 24-dək İstanbulda təşkil olunacaq “Uluslararası Marmara Cup Turnuvası” beynəlxalq yarışında gücünü sınayacaq. Komanda avqustun 25-dən 31-dək isə “Gənclik Kampı” təlim-məşq toplanışlarında iştirak edəcək.

Millimiz baş məşqçi Şahin Atamovun rəhbərliyi altında turnir və hazırlıq prosesinə qatılacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman