Tanınmış uroloq Kiprdə 34-cü Beynəlxalq Uroloji Konqresdə çıxış edib

post-img

Tanınmış cərrah-uroloq, transplantoloq, Səhiyyə Nazirliyinin Orqan Transplantasiyası üzrə mütəxəssis-eksperti, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş İdarəsinin Elmi-Təcrübə Mərkəzinin rəisi, Azərbaycan Respublikası Böyrək Transplantasiyası sahəsində Mütəxəssislər Assosiasiyasının (BTMA) İdarə Heyətinin sədri, tibb elmləri doktoru Rəşad Şolan 23-26 oktyabr 2025-ci il tarixlərində Şimali Kipr Türk Respublikasında Türk Urologiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən 34-cü Beynəlxalq Uroloji Konqresdə (Milli Uroloji Konqres) iştirak edib.

R.Şolan konqresdə “Azərbaycanda böyrək transplantasiyasının dünəni, bu günü və sabahı” mövzusunda məruzə ilə çıxış edib. Məruzə dünyanın müxtəlif ölkələrindən tədbirə qatılan urologiya və transplantologiya sahəsinin aparıcı mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilib. Mövzunun aktual məsələləri üzrə elmi fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Tədbirdə həmçinin tibb elmləri doktoru R.Şolanın rəhbərliyi ilə icra olunan 4 tədqiqat işinə dair tezislər təqdim olunub.

Qeyd edək ki, toplantıda BTMA ilə müvafiq istiqamətdə fəaliyyət göstərən xarici assosiasiyalar arasında beynəlxalq əməkdaşlıq əlaqələrinin yaradılması, birgə layihələrin, təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində də geniş müzakirələr aparılıb. Bu görüşlər gələcəkdə beynəlxalq əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilib.

Qabil Yusifoğlu
XQ









Səhiyyə