Yeniyetmələrdən ibarət karate komandamız Gürcüstanda keçirilən beynəlxalq turnirdə uğur qazanıb
Gürcüstanın Batumi şəhərində 15 ölkədən 450-dən çox idmançının iştirakı etdiyi kyokuşin karate üzrə beynəlxalq turnir başa çatıb.
Azərbaycanı yarışda Azərbaycan Karate Federasiyasının kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komandamız təmsil edib. Turnirdə komandamız ümumilikdə 11 idmançı ilə çıxış edib və iki medal qazanıb.
Həkimzadə Kənan 2-ci, Məhəmməd Əliyev isə 3-cü yerə layiq görülüb.
Qeyd edək ki, kyokuşin karate üslubu üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Anar Cəfərovdur.
Qabil Yusifoğlu
XQ

