Türkiyənin Kahramanmaraş şəhərində bir məktəbə silahlı hücum olub.
Kahramanmaraşdakı Ayser Çalık orta məktəbinə edilən hücum nəticəsində 9 nəfər ölüb, 13 nəfər yaralanıb. Altı nəfərin vəziyyəti ağırdır.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi Kahramanmaraşdakı vəziyyətlə bağlı son məlumatları paylaşıb. O bildirib ki, ölənlərdən 8-i şagird, 1 nəfər isə müəllimdir.
Hücumu iki sinif otağında atəş açan səkkizinci sinif şagirdi İsa Aras Mersinli törədib. O, intihar edib.
XQ

