Rusiya və Azərbaycan dostluq formatına qayıdıb

post-img

“Rusiya və Azərbaycanın Xarici İşlər nazirliklərinin birgə bəyanatı iki ölkə arasında siyasi münasibətlərin tam normallaşdığını göstərir”. “Natsionalnaya oborona” jurnalının baş redaktoru, hərbi analitik İqor Korotçenko “Vestnik Kavkaza”ya bu açıqlamasının davamında deyib:

– Əldə edilmiş razılaşmalar əvvəllər ikitərəfli münasibətlərə kölgə salan bütün məsələlərin tənzimləndiyini göstərir. Bu prosesdə prezidentlər Vladimir Putin və ­İlham Əliyevin siyasi iradələri əsas rol ­oynayıb. Bunun sayəsində bütün əsas problemli məsələlər həll edilib, qalan məsələlər isə yaxın vaxtlarda tənzimlənə bilər.

Bilirdik ki, iki ölkə arasında münasibətləri pozmağa çalışanlar, yaranmış vəziyyətdən sui-istifadə etməyə cəhd göstərənlər və Rusiya ilə Azərbaycanın maraqlarına uyğun olmayan məqsədlərlə hərəkət edənlər çox idi. Onların cəhdləri uğursuz oldu. Bu gün əminik ki, problemli məqamlar keçmişdə qalıb və biz ölkələrimiz arasında münasibətlərdə həmişə mövcud olmuş dostluq formatına qayıtmışıq.

XQ

 

Siyasət