Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə böyüklər arasında Avropa çempionatının püşkatma mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasından XQ-yə verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən, idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Aprelin 16-da start götürəcək qitə yarışında ölkəmiz 11 çəki dərəcəsində 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunacaq. Aprelin 19-dək davam edəcək mötəbər turnirdə 46 ölkədən 400 idmançı qüvvəsini sınayacaq.
Kişilər
60 kiloqram, 1/8 final
Balabəy Ağayev – Qal Blaziç (Sloveniya) / Andrea Karlino (İtaliya) cütünün qalibi ilə
Əhməd Yusifov – Çarli Eyr (Böyük Britaniya) / Marton Andrasi (Macarıstan) cütünün qalibi ilə
66 kiloqram, 1/16 final
Turan Bayramov – Nikolas Kuntse (Almaniya)
73 kiloqram, 1/16 final
Hidayət Heydərov – Konstantinos Tsaparas (Yunanıstan)
81 kiloqram, 1/16 final
Zelim Tçkayev – Nase Herkoviç (Sloveniya) / Vladislav Kolobov (Ukrayna) cütünün qalibi ilə
Ömər Rəcəbli – Yahya Nurkoviç (Monteneqro) / Abdul-Kerim Tasuyev (Rusiya) cütünün qalibi ilə
90 kiloqram, 1/16 final
Murad Fətiyev – Aleks Çeret (Rumıniya)
100 kiloqram, 1/16 final
Zelim Kotsoyev – Nikola Pavlovski (Şimali Makedoniya)
+100 kiloqram, 1/8 final
Kənan Nəsibov – Mateo Akiana Monqo (Fransa) / Erik Abramov (Almaniya) cütünün qalibi ilə
Qadınlar
48 kiloqram, 1/16 final
Könül Əliyeva – Amber Gersyes (Niderland)
Şəfəq Həmidova – Erza Muminoviç (Kosovo)
52 kiloqram, 1/16 final
Leyla Əliyeva – Nikolina Nişaviç (Serbiya)
Gültac Məmmədəliyeva – Karla Tavares Fernandeş (Lüksemburq)
70 kiloqram, 1/32 final
Südabə Ağayeva – Maya Goşen (İsrail)
+78 kiloqram, 1/16 final
Madina Kaisinova – Elis Startseva (Rusiya).

