UEFA Çempionlar Liqasında ilk yarımfinalçılar

post-img

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.

1/4 final mərhələsinin cavab görüşlərində 2 qarşılaşma keçirilib. İspaniya klublarının duelində “Atletiko” öz meydanında “Barselona”ya məğlub olub – 1:2. Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub etdiyi üçün yarım finala vəsiqə qazanıb.

Günün digər görüşündə isə “Liverpul”u İngiltərədə 2:0 hesabı ilə məğlub edən PSJ yarımfinala yüksəlib. Qeyd edək ki, Parisdəki ilk oyunda da Fransa təmsilçisi eyni hesabla qələbə qazanıb.

1/4 finalın daha 2 oyunu dünən axşam keçirilib. “Arsenal” İngiltərədə “Sportinq” komandası ilə üz-üzə gəlib. “Real” (Madrid) isə Almaniyada “Bavariya”nın qonağı olub.

Qabil YUSİFOĞLU 
XQ

İdman