Qılıncoynadanlarımızın İslamiada qızılı

post-img

Dünən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında qılıncoynatma yarışlarına yekun vurulub. Sablya növü üzrə qadınların komanda yarışında yarımfinalda Türkiyə millisinə 45:32 hesabı ilə qalib gələn Zərifə Hüseynova, Səbinə Kərimova və Palina Kaspiaroviçdən ibarət komandamız final qarşılaşmasında Özbəkistan yığmasını 45:43 hesab ilə məğlub edərək qızıl medal qazanıb.

Xədicə Həsənli, Aynur Quliyeva və Nazilə Rəhimovadan ibarət qılıncoynatmanın şpaqa növü üzrə qadınlardan ibarət millimiz isə komanda yarışında 1/4 finalda BƏƏ yığmasına 45:29 hesabı ilə qalib gəlib. Gərgin keçən yarımfinal görüşündə Özbəkistan komandasına 38:39 hesabı ilə uduzan qadın şpaqaçılarımız bürünc medal qazanıb.

Daha öncə Vahab Fətullayev kişi şpaqaçıların, Palina Kaspiaroviç isə qadın sablyaçıların şəxsi yarışında bürünc medal qazanmışdılar.

Qabil YUSİFOĞLU
XQ

İdman